Tərtər Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində 2 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org- verilən məlumata görə, yoxlamalar zamanı Tərtər rayonun Sarov və Köçərli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində müəyyən edilmiş saydan artıq şəxsin toplaşdığı aşkar edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.