İyulun 16-dan Bakıda 62 nömrəli (Sabunçu d/st. - N.Tusi küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları nağdsız ödəniş sistemi olan “BakıKart” vasitəsilə həyata keçirilir.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə son 6 ay ərzində 31 marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edilib.