Bu gün günorta saatlarında Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında azyaşlı batıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin müvafiq qüvvələri axtarışlara cəlb olunub.

Müəyyən edilib ki, kanalda batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğludur.

Ə.Miriyevin meyiti Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin və yerli sakinlərin birgə səyi nəticəsində tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.