Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Unikal.org  ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 66 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 233 min 946 COVID-19 testi aparılıb ki, bunun da 7 min 680-i müsbət çıxıb. Eyni zamanda, 5 min 835 xəstə sağalıb.