Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 317 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 494 222, ölənlərin sayı isə 4 997 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 1 896 nəfər, hazırkı dövrədək isə 431 956 nəfər sağalıb.