Türkiyədə - Aydının Efeler rayonunda 3,9 bal gücündə zəlzələ baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 16:13-də baş verən zəlzələnin ocağı 10,68 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Aydının şərq rayonlarında da hiss edilib, ancaq hər hansı dağıntı və tələfat yoxdur.