Türkiyənin Iğdır bölgəsində ata öz oğlunu cinayət üstündə tutub.

Unikal.org xəbər verir ki, adı açıqlanmayan 38 yaşlı oğul 4 il öncə boşanıb. Məhkəmə qərarı ilə cütlüyün iki azyaşlı qızları onun himayəsinə verilib. Bugünlərdə uşaqların babası oğlunun evinə gedib və onu 11 yaşlı qızını zorlayarkən tutub.

Gördüklərindən dəhşətə gələn baba hadisəni polisə danışıb. Araşdırma nəticəsində müəyyən olunub ki, ata il yarımdır qızını mütəmadi olaraq zorlayır.

Cinayətkar dərhal həbs edilib. Onun iki qızı isə dövlət himayəsinə alınıb.