Gürcüstanda son sutkada daha 2 616 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 880 nəfər müalicə olunaraq sağalıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötən 24 saat ərzində 26 yeni ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 390 945 nəfərdə aşkarlanıb. Onların 367 130-u sağalıb, 5 592-si isə vəfat edib.