Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ju, bu barədə Rusiyada koronavirusla mübarizə üzrə operativ qərargahın məlumatında bildirilib. Qeyd olunub ki, Rusiyanın 85 regionunda son sutkada 23770 yeni yoluxma olub.

Son 24 saatda Rusiyada 784 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 149 922 nəfər təşkil edir.