Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində yerləşən “Qafqaz” şadlıq sarayında karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı təşkil edilən toy mərasimi ilə bağlı məlumatların portalda qeydiyyatdan keçirilmədiyi, icazə verilən saydan artıq qonağın iştirakı, eləcə onların bəzilərinin COVID-19 pasportunun olmadığı müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı obyektin sahibi Qasım Rəcəbov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.