Gürcüstanın Marneuli yrayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, silahlı şəxs bir ailəyə basqın edib.

Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Silahlı insidentin səbəbi hələ məlum deyil.

Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.