Koronavirus pandemiyası səbəbindən ABŞ səlahiyyətliləri avqustun 21-dək Kanada və Meksika ilə sərhədləri bağlamaq qərarına gəlib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qadağa ilə bağlı bir sıra istisnalar da nəzərə tutulub.

İstisna yalnız ABŞ vətəndaşlarına, müalicə və təhsil almaq üçün ölkəyə üz tutan əcnəbilərə aid edilir.

Qeyd edək ki, iyulun 20-də Kanadanın İctimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq katibi Uilliam Blair jurnalistlərə açıqlamasında bildirmişdi ki, avqustun 9-dan tam peyvənd olunmuş amerikalılar, sentyabrın 7-dən isə tam peyvənd edilmiş dünyanın digər ölkələrinin vətəndaşları Kanadaya gələ biləcəklər.

Bildirilib ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən peyvəndləmə prosesinin genişləndirilməsi baxımından son həftələrdə müsbət inkişafın müşahidə olduğu bildirilib. Lakin buna baxmayaraq, COVID-19 infeksiyasının yayılması təhlükə olaraq qalır. Bu səbəbdən müvafiq tədbirlərin görülməsi zəruriliyi vurğulanıb.