Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus “Delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq edib.

Unikal.org xəbər verir ki, bu barədə o, Tokioda Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyasında çıxış edərkən elan edib.

ÜST rəhbərinin sözlərinə görə, koronavirus nə qədər geniş yayılsa, bir o qədər çox variant ortaya çıxacaq və onların hazırkı “Delta” variantından daha təhlükəli olma potensialı var.

“Buna görə, nə qədər çox variant varsa, onlardan birinin peyvəndlərdən yayınma şansı daha yüksəkdir”, - deyə o, vurğulayıb.

Qebreyesus çıxışı zamanı Tokiodakı Olimpiya Oyunlarının koronavirus pandemiyası şəraitində təhlükəsiz şəkildə keçiriləcəyinə ümidini ifadə edib.