Ceyranbatanda kanala düşən gənc ölüb 

Unikal.org-un məlumatına görə, Abşeron rayonu Ceyranbatan qəsəbəsində 1998-ci iil təvəllüdlü Güləli Nurəlizadə  kanala düşüb. 23 yaşlı gənci xilas etmək mümkün olmayıb və o boğularaq ölüb.

Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.  G. Nurəlizadənin epilepsiya xəstəsi olduğu bildirilir.