Xəbər verdiyimiz kimi, müğənni Alişanın qardaşı Selçuk Tektaş 41 yaşında koronavirusdan vəfat edib. Dünən keçirilən cənazə mərasiminə Alişanın ailə yaxınları və sənət  dostları mərasimdə  iştirak edib.

Unikal.org xəbər verir ki,  müğənninin yaxın sənət dostu Demet Akal  isə  cənazədə iştirak edə bilməyib.  O, səhhətinin yaxşı olmadığını  və  günəşə allergiyası olduğunu  bildirərək, Alişana  baş sağlığı verib. 

Maraqlısı budur ki, həmin günün gecəsi Demet Akal restoranların birində  konsert verib. Sosial mediada paylaşılan görüntülərdən bəlli olub ki, xanım sənətçinin səhhətində heç də  elə bir ciddi  problem yoxdur. 

Demetin bu hərəkəti qınaq obyektinə səbəb olub.