Xalq şairi Məmməd Arazın həyat yoldaşı Gülxanım Fətəliqızı bu gün axşam saatlarında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə millət vəkili Aqil Abbas məlumat verib.

Qeyd edək ki, G.Fətəliqızı Məmməd Arazla bağlı xatirələrindən ibarət “Ömürdən yarpaqlar” kitabını nəşr etdirmişdi.

Allah rəhmət eləsin!