İranda yaşayan azərbaycan əsilli Əkbər Naimi həbs edilib.

Unikal.org-un məlumatına görə, Nəimi qanunsuz  təşkilata üzv olmaqda, milli təhlükəsizliyə qarşı qruplaşma yaratmaqda  və rejimə qarşı təbliğat işləri aparmaqda ittiham edilir. 

O bu ittihamlarla 9 il 8 ay həbs cəzasına məhkum edilib. Məlumata görə, Nəimi iyulun 19-da Təbrizdəki iş yerində tutularaq Tehrandakı Evin həbsxanasına aparılıb. 

Qeyd edək ki, Nəimi 22 Fevral 2020-ci ildə Tehranda saxlanılmışdı.  Ancaq  İki ay sonra məhkəməyə çıxarılan Nəimi sərbəst buraxılmışdı. 

Xatırladaq ki, Mədəniyyət və ətraf mühitin qorunması məsələlərinin önə sürülməsində fəal iştirak edən Nəimi  İranın Qərbi Azərbaycan vilayətindəki Hoy şəhərindəki Günəbaxan Dərnəyinin qurucu üzvlərindən biridir. Dərnək türklərin sosial və mədəni problemləri ilə məşğul olur.