Xırdalanda sexdə baş vermiş yanğın söndürülüb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb.

Əlavə məlumat veriləcək.

18:39

xxx

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən sexdə yanğın olması barədə məlumat daxil olub.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata əsasən, yanğın ümumi sahəsi təqribən 250 m² olan sexdə baş verib. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.