Çinin Tszilin əyalətinin Çançun şəhərində baş verən yanğında 14 nəfər ölüb, 26 nəfər xəsarət alıb.

Unikal.org “Xinhua” agentliyinə istinadən xəbər verir ki, yanğın yüksək texnoloji sənaye bölgəsinin ərazisində yerləşən logistika anbarında meydana gəlib.

Bildirilib ki, xəsarət alanlardan 12-nin vəziyyəti ağırdır.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.