Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 58 nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 221 463 nəfər test edilib, onların 12 381-nin koronavirus testi pozitiv nəticə verib, 5383 nəfər sağalıb.