Fransada sanitar buraxılış vərəqələrinin tətbiqinə qarşı keçirilən etiraz aksiyalarında 160 mindən çox insan iştirak edib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirlikdən verilən məlumata əsasən, ölkənin bütün bölgələrində 168 nümayiş baş tutub. Aksiyalar Lion, Marsel, Strasburq, Lil və digər böyük şəhərlərdə təşkil edilib.

İğtişaşlar zamanı 9 nəfər saxlanılıb.

Xatırladaq ki, respublikada avqust ayından başlayaraq bar, restoran, ticarət mərkəzləri və 50 nəfərdən çox iştirakçısı olan tədbirlərə daxil olmaq üçün sanitar buraxılış vərəqələrinin tələb olunması, təyyarə və uzaq məsafə qatarlarına yalnız koronavirusa qarşı peyvəndlənən və testinin mənfi nəticəsini göstərən sənədi təqdim edənlərin buraxılması planlaşdırılır.