ABŞ-ın keçmiş prezidenti Donald Trampın andiçmə komitəsinin sədri Tom Barrak 250 milyon dollar girov müqabilində həbsdən azad olunub.

Unikal.org  xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

Los Anceles məhkəməsinin hakimi Patrisiya Dohanyu Barrakı sərt şərtlər altında azadlığa buraxıb. Barrak pasportunu təhvil verməli, olduğu yeri müəyyən etmək üçün GPS-monitor daşımalı, Cənubi Kaliforniya və Nyu York arasındakı gediş-gəlişi məhdudlaşdırmalı və komendant saatına riayət etməlidir.

Qeyd edək ki, 74 yaşlı Tom Barrak BƏƏ hökumətinə işləmək ittihamı ilə saxlanılmışdı.