ABŞ Hərbi Havva Qüvvələrinə məxsus təyyarələr Əfqanıstan təhlükəsizlik qüvvələrinə dəstək məqsədi ilə “Taliban” radikal qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

Unikal.org xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının komandiri, general Kennet Makkenzi deyib.

Onun sözlərinə görə, “Taliban” hücumlarına davam edərsə önümüzdəki həftələrdə də eyni addımlar atılacaq.

Öz növbəsində “Taliban” ABŞ-ı hava zərbələrinə görə təhdid edib.