Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədrinin I müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.

Unikal.org xəbər verir ki, Şəhidlər Xiyabanında şəhidlərin xatirəsini ehtiramla yad edən nümayəndə heyəti daha sonra Türk şəhidliyini ziyarət edib.