AAAF-İnşaat Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı ASC" tərəfindən kredit müqaviləsi üzrə mübahisələrlə bağlı şirkətə qarşı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

AAAF-İnşaat MMC ilə birlikdə Ə.Nuranə də məhkəmə prosesində cavabdeh qismində çıxış edəcək.

İş hakim Fuad Abdıyevin icraatına verilib.

Qeyd edək ki, AAAF-İnşaat MMC Tofiq Heydərova məxsusdur.

Murad İbrahimli