Kanada bu ilin sonuna qədər 401 min yeni miqrant qəbul edəcək.

Unikal.org  xəbər verir ki, Kanada Miqrasiya İdarəsi son 1 ayda 45 min 100 əcnəbinin müraciətini dəyərləndirib və onlardan 35 min 600 nəfərə oturum izni verib.

Qeyd edək ki, hökumət artan əmək qüvvəsi ehtiyacını ödəmək üçün 2022-ci ildə 411 min, 2023-cü ildə 421 yeni miqrant qəbul etməyi hədəfləyib.