Türkiyə ordusunun hərbçisi İraqın şimalında terrorçuların açdığı atəş nəticəsində həlak olub.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində məlumat paylaşılıb.

Hadisə “Pence-Şimşek” əməliyyatı zonasında, Hakurk bölgəsində qeydə alınıb. Nazirlik şəhidin ailəsinə başsağlığı verib.