Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Unikal.org  Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sənəd qəbulu 12-26 iyul tarixlərində həyata keçirilib.

Transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1548 müraciət qeydə alınıb.

Onlardan 15 nəfəri magistratura səviyyəsindən, 158 nəfəri xaricdə yerləşən ali təhsil müəssisəsindən, 145 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 1230 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

Nəticələrin avqust ayında elan olunması nəzərdə tutulur.