Almaniyanın qərbindəki Leverkusen şəhərində partlayış baş verib. Bayer dərman şirkəti ərazisində baş verən partlayış və yanğında çoxlu sayda yaralı olduğu bildirilir.

Unikal.org  xəbər verir ki, bu barədə dərman şirkətinin yaydığı məlumatda bildirilib.

Partlayış tullantıların yandırıldığı ərazidə meydana gəlib. Alman hökuməti təhlükə barədə xəbərdarlıq edib.