Rusiyada son sutka ərzində koronavirusa 22 420 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 195 232 nəfərə çatıb.

Rusiyada son bir gündə 798 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 156 178 nəfərdir. İndiyədək 5 547 529 xəstə sağalıb.