İordan çayının qərb sahilində 11 yaşlı fələstinli uşaq İsrailin sərhəd polisi tərəfindən güllələnib.

Unikal.org xəbər verir ki, hadisə Hevron əyalətinin şimalındakı Beyt-Umar kəndinin girişində baş verib. 

Bildirilir ki, İsrailin təhlükəsizlik qüvvələri yolla gedən avtomobilə atəş açıblar. Həmin avtomobildə atası ilə dəfn mərasiminə gedən azyaşlı sinəsindən ağır yaralanıb. 

Daha sonra o, Hevron şəhərindəki xəstəxanaya aparılsa da, aldığı yaralardan elə orada dünyasını dəyişib.