Əfqanıstanın şərqində yerləşən Nuristan əyalətində baş verən daşqın nəticəsində azı 150 nəfər ölüb.

Unikal.org xarici  KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət Pakistanla sərhəddə yerləşən Kamdeş qəsəbəsində gecə saatlarında baş verib.

Məlumata görə, daşqın nəticəsində 60-dan artıq yaşayış evi dağılıb.