Bu ilin mart ayında Süveyş kanalını 6 gün bağlayan "Ever Green" konteyner gəmisi, Misir səlahiyyətliləri tərəfindən azad edildikdən sonra yenidən səyahətə çıxmışdı.

Unikal.org xəbər verir ki, sözügedən konteyner bu gün, yəni iyul ayının 29-da Hollandiyanın Rotterdam şəhərinin limanına çatıb. 

Bildirilib ki, gəmi İngiltərənin Felikstov şəhərinə yola düşməzdən əvvəl, 3 Avqust tarixinə qədər yüklərin boşaldılması üçün Rotterdamın "ECT Delta" terminalında yerləşəcək.

Qeyd edək ki, dünyanın ən böyük konteyner gəmilərindən biri olan "Ever Green", 23 mart tarixində güclü küləklər nəticəsində Süveyş kanalının hərəkətini tamamilə dayandırmışdı.  

Qlobal ticarətə küllü miqdarda ziyan vuran gəminin uzunluğu 400 metrdir və təxminən 18 min 300 konteyner daşıya bilir.