Tokio-2020 Yay Olimpiya Oyunlarında velosiped yarışları zamanı irqçi ifadələr işlədən Almaniya Velosipedçilər İttifaqının idman direktoru Patrik Moster cəzalandırılıb.

Unikal.org xəbər verir ki, bu barədə Almaniya Olimpiya Komitəsi xəbər yayıb. Bildirilib ki, funksionerin sözləri olimpiya dəyərlərinə ziddir və ona qarşı güzəşt edilməyəcək.

Tokiodakı vəzifəsindən kənarlaşdırılan Moster Olimpiya kəndini tərk edib.

Qeyd edək ki, Patrik Moster yarış vaxtı efiopiyalı və əlcəzairli velosipedçilərdən geri qalan almaniyalı idmançı Nikias Arndta dəstək məqsədilə "dəvə sürənlərə çat" ifadəsini işlədib.

O, sonradan etdiyi hərəkətə görə üzr istəyib.