Türkiyənin Marmaris və istirahət zonası olan Bodrum şəhərində meşə yanğınları başlayıb.
Unikal.org xəbər verir ki, yanğın Armutalan adlı bölgədə başlayıb.
Yanğını nəzarətə almaq üçün Muğladakı yanğınsöndürən briqadaları hadisə yerinə göndərilib.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Alovlar tez bir zamanda geniş əraziyə yayılıb və yaşayış yerlərinə təhlükə doğurur. Yanğın yaşayış yerlərinə yaxın ərazidə baş verdiyindən otel və istirahət yerlərində təhlükəsizlik tədbirləri görülüb.
Onlarla insan təxliyə olunub. Yaralananlar var.