Xəbər verdiyimiz kimi Bodrumda başlayan meşə yanğını məşhur “Titanic Otel”ə keçib.

Unikal.org-un məlumatına görə, yanğın baş verən zaman oteldə azərbaycanlılar da olub. Hətta yanğın zamanı bir neşə Azərbaycan vtəndaşı xəsarət alıb. 

Oteldə olanlar təxliyyə olunduğu üçün onlar küçələrdə qalmalı olub. 

***21:25

Bodrumda başlayan meşə yanğını məşhur “Titanic Otel”ə keçib.

Unikal.org-un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, oteldə olan bütün qonaqlar dəniz yolu ilə təxliyyə edilib. Hazırda yanğının söndürülməsinə 2 helikopter və 20 suçiləyici cəlb edilib.

Bölgədə quru yolu bağlanıb, yalnız yanğınsöndürənlərin girişinə icazə verilir.