Böyük Britaniyada son sutka ərzində 31 117 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 801 561 nəfərə çatıb.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 85 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 129 515 nəfərə çatıb.