ABŞ-da müalicəsi olmayan, davamlı olduğu bildirilən ölümcül "göbələk" infeksiyası qocalar evləri və xəstəxanalarda yayılmağa başlayıb.

Unikal.org xəbər verir ki,  xəstəxanaya yerləşdirilən xəstələr digər xəstələri də yoluxdurub. Onların təxminən 30 faizinin bir ay ərzində öldüyü bildirilib. 

"Candida auris" adlandırılan göbələk infeksiyası olduqca təhlükəlidir. Qan dövranına, ürəyə və ya beyinə nüfuz etdikdə çox vaxt ölümcül olur. Qızdırma və üşütmə kimi simptomlar müxtəlif müalicələrdən sonra da davam edir.

Qeyd edək ki, ABŞ-ın bəzi bölgələrində göbələk virusuna yoluxma faktları aşkarlansa da, həmin xəstələrin adları açıqlanmayıb.