Ermənistanda son sutka ərzində daha 264 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 229 867 nəfərə çatıb.

Ermənistanda virusdan son sutkada 4 nəfər ölüb, pandemiya qurbanlarının sayı 4 608-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1119 nəfərdir. Aktiv xəstələrin sayı 4437 nəfər təşkil edir.