Lənkəran şəhər İcra hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərdə, qəsəbə və kəndlərdə tikinti, abadlıq-quruculuq işləri həyata keçirilərək səliqə-sahman işləri  aparılır.

Unikal.org xəbər verir ki, şəhərdə küçələrin asfaltlanması işləri görülür, səkilərdə cari təmir işləri aparılır. Belə  ki  şəhərin M.Ə.Sabir küç., C.Cabbarlı küç., A.Məmmədli küç., M.F.Axundzadə küç., Dədə Qorqud küç., S.Vurğun küç., İ.Qayıbov küç., Hacı Nəsir küç., Nizami küç. ilə Akademik Z.Əliyeva küç.ni birləşdirən dalan yolu, Akademik Z.Əliyeva küç. 78/6 saylı binanın qarşısındakı yol, Şeyx Zahid küç. döngə 1,  eyni zamanda Liman şəhərinin R.Rza küçələrində asfaltlanma işlərinə başlanılıb.

Adları çəkilən küçələrdə ümumilikdə 22000 kv/metr yol sahəsinə isti asfalt döşənilməsi nəzərdə tutulub. Yol-Tikinti ASC tərəfindən həyata keçirilən asfaltlanma işləri yüksək keyfiyyətlə aparılır. Asfaltlanma və digər abadlıq işlərini sakinlər sevinc hissi və minnətdarlıqla qarşılayırlar.