Muğlanın Marmaris bölgəsində dünən günorta saatlarında başlayan, 1 nəfərin də həyatını itirdiyi meşə yanğını davam edir.

Unikal.org xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 10 yaşında olan 2 uşağın və bir pedaqoqun ifadəsi alınıb. Onlar bildirib ki, kitab yandırdıqları zaman alovun həcmi birdən-birə artıb:

"Kitab yandırırdıq, alov artdı. Kola butulkasını su ilə doldurub söndürməyə çalışsaq da bu, mümkün olmadı. Biz də qaçdıq".

Yanğının başladığı yerə yaxın olanlar da hadisəni 10 yaşlı 2 uşağın törətdiyini bildiriblər. 


Qeyd edək ki, dünən günorta saatlarında Armutalan bölgəsində başlayan yanğın qırmızı şam ağacları ilə örtülmüş meşə sahəsində hələ də davam edir. Yanğının hələ də davam etdiyi bildirilir.