Ötən gün Türkiyənin Muğla vilayətinin Şirinyer mahalında baş verən meşə yanğını havanın küləkli olması nəticəsində geniş əraziyə yayılıb.

Unikal.org xəbər verir ki, yanğınsöndürənlər bütün gecə boyu alovla mübarizə aparıblar.

Son məlumata görə, bu ərazidə alov məhdudlaşdırılıb.

Səhər saatlarında isə yanğının baş verdiyi meşə ərazisinin havadan dronla çəkilmiş görüntüləri yayımlanıb.