Bu gün Tokio-2020 Yay Olimpiya Oyunlarında rinqə çıxan boksçumuz Alfonso Dominges 1/4 final görüşü keçirib.
Unikal.org xəbər verir ki, rinqdə türkiyəli rəqibi Bayram Malkanla qarşılaşan boksçumuz üstünlüyü ələ alaraq qalib olub.
Rəqibinə 5-0 hesabı ilə qalib gələn A.Dominges yarımfinala yüksəlib.
Bu da yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir.