Türkiyədə meşə yanğınları ilə bağlı polis və jandarm qüvvələrinin komandanlıqları tərəfindən xüsusi dəstə yaradılıb.
Unikal.org xəbər verir ki, yaradılan dəstə yanğınlarda təxribat və terror ehtimalını araşdıracaq.
Xatırladaq ki, Türkiyədə 28-30 iyul tarixləri arasında 71 meşə yanğını qeydə alınıb. Bunlardan hələ ki, 57-si nəzarət altına alınıb.