“Barselona”nın futbolçusu Martin Breytveyt karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Unikal.org xəbər verir ki, danimarkalı hücumçu “Vest Hem”ə keçə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, London klubunun “Barselona” ilə 15 milyon avro qarşılığında razılaşdığı bildirilib.

“Vest Hem” Breytveytlə müqavilə şərtlərini müzakirə edir. 30 yaşlı futbolçu Premyer Liqa klubunun şərtləri ilə hələ razılaşmayıb.

Breytveyt “Barselona” ilə ümumilikdə 53 oyunda 8 qol vurub.