Türkiyədə Hatay vilayətinin Kırıkhan rayonunda meşəlik ərazidə yanğın baş verib.

Unikal.org TRT-yə istinadən xəbər verir ki, Alibeyçağıl məhəlləsindəki meşəlik ərazidən duman yüksəldiyi müşahidə edilib.

Əraziyə 10 suçiləyici maşın, beş su tankı, altı buldozer, iş maşınları və 100 yanöınsöndürən cəlb edilib.

Hazırda alovun nəzarətə alınması istiqamətində iş aparılır.