Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Sabunçu rayonu H.Əliyev prospektində baş verən yol-nəqliyyat hadisəsi haqda məlumat yayıb. 

Unikal.org xəbər verir ki, qəza iyulun 30-da saat 23 radələrində qeydə alınıb.  Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi “Mercedes” və Quba rayon sakini T.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə E.Nağıyevin sərnişini Məzahir Xudaverdiyev xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib. 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.