Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb", - nazirliyin açıqlamasında qeyd edilib.