Türkiyənin Bodrum şəhərində daha bir meşə yanğını baş verib.

Unikal.org xəbər verir ki, Bodrumun Kumbahçe məhəlləsi İçmeler yolu üzərində yerləşən meşədəki yanğın hadisəsi küləyin səbəbindən qısa müddətə geniş sahəyə yayılıb.

Yanğının yaxınlıqdakı yaşayış yerlərinə keçməməsi üçün yanğınsöndürənlər gərgin iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, meşə yanğınının səbəbi hələlik bilinmir.