İspaniyanın “Real” klubu ilə müqavilə imzalayan David Alabanın Madrid təmsilçisindəki qazancı məlum olub.

Unikal.org xəbər verir ki, “kral klubu” ilə 5 illik müqavilə imzalayan avstriyalı müdafiəçinin maaşı illik 19,47 milyon avrodur. Alaba ümumilikdə “Real”da 97,5 milyon avro maaş alacaq.

Madrid klubu bundan başqa, 29 yaşlı futbolçuya 17,7 milyon avro da imza pulu ödəyəcək. Alabanın ailəsi bu keçiddən 6,3 milyon, meneceri Pini Zahavi isə 5,2 milyon avro qazanacaq.